Abşeronda 8 aylıq körpə yol qəzasında xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birində olan 2019-cu il təvəllüdlü Məcidli Yusif Fariz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər