Abşeronda 70 yaşlı qadın sirkə içərək ölüb

Abşeron rayonunda 70 yaşlı qadın sirkə içərək ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün tikilən şəhərcikdə qeydə alınıb.

Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə içib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36