Abşeronda 7 nəfər dəm qazından zəhərlənib

Abşeronda 7 nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisələr rayonun müxtəlif ərazilərində baş verib.

Digah qəsəbəsində 1990-cı il təvəllüdlü Quliyeva Aygün Vidadi qızı, 1994-cü il təvəllüdlü Quliyeva Pərvanə Vidadi qızı, Xırdalan şəhərində 1998-ci il təvəllüdlü Həsənov Azər Əmrah oğlu, Saray qəsəbəsində 2005-ci il təvəllüdlü Qulamzadə Məcnun Ramil oğlu, 1983-cü il təvəllüdlü Bəbirova Hənifə Alban qızı, onun övladı 4 yaşlı Zəhra Məmmədli və Masazır qəsəbəsində 1991-ci il təvəllüdlü Qədimova Nərmin Əbdülrəhim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45