Bakıda 62 yaşlı piyadanı avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Bağırova Ofelya Heydər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və çanağın əziyi diaqnozu qoyulub.

Digər xəbərlər