Abşeronda 62 yaşlı kişi bıçaqlanıb

Abşeron rayonu Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. O, dərhal əməliyyata götürülüb.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41