Abşeronda 52 yaşlı qadını maşın vuraraq öldürüb

Abşeron rayonu Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, 1967-ci təvəllüdlü Məmmədova Elnarə Məmməd qızı yolu keçərkən onu maşın vurub.

Nəticədə ağır bədən xəsarətləri alan piyada 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Məmmədova Elnarənin həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50