Abşeronda 46 yaşlı kişini avtomobil vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.

1975-ci il təvəllüdlü Aslanov Zaur Sahib oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12