Abşeronda 44 yaşlı qadın yol qəzasında xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Quliyeva Ofeliya Nadir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47