Abşeronda 4 yaşlı uşaq velosipeddən yıxılaraq ölüb

Abşeron rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb.

“Report”un xəbərinə görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Amil Sadıqov velosipeddən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48