Abşeronda 35 yaşlı qadın intihar edib

Abşeron rayonunda intihar hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Qasımova Elnarə Şakir qızı yaşadığı evdə özünü asıb.

İntiharın səbəbləri hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26