Abşeronda 35 yaşlı qadın bıçaqlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Ayna Əli qızı evdə naməlum şəraitdə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Zaqatalada zəlzələ olub 01 oktyabr, 2026 / 14:59