Abşeronda 35 yaşlı kişi bıçaqlandı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1985-ci il təvəllüdlü Axundov Ələkbər Məsi oğlu tanıdığı şəxs tərəfindən iki bıçaq zərbəsi alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğu və döş qəfəsində iki ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Hadisənin təfərrüatını Abşeron polisi araşdırır.

Ramin Şahbazov

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41