Abşeronda 30 yaşlı qız intihara cəhd edib

Abşeron rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Quşçuluq massivi adlanan ərazisində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Əsgərova Sevinc Əmircan qızı intihara cəhd edib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər saidin kəsilmiş yaraları və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

İntihara cəhdin hansı səbəbdən baş verdiyi hələki məlum deyil. 30 yaşlı xanım reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26