Abşeronda 3 nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, Masazır qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Muradxanlı Günel Elxan qızı, Fatmayi qəsəbəsində 1992-ci il təvəllüdlü Abiyeva Nişanə Səxavət qızı və Xırdalan şəhərində 1998-ci il təvəllüdlü Əliyeva Nurudə Əsəd qızı dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26