Abşeronda 21 yaşlı gənc qızı avtomobil vurub

Abşeron rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Həsənova Şəhanə İsmixan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ incik sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14