Abşeron sakininin avtomobilindən qumbara götürüldü

Abşeron sakininin avtomobilində qumbara aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi “TOFAŞ” markalı avtomobildən 1 ədəd F-1” qumbarası aşkar edilərək götürülüb.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26