Abşeron rayonunda yol qəzası olub, xəsarət alan var

Abşeron rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1982-ci il təvəllüdlü Əliyev Fərid Rəhim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02