Bakı. 19 yanvar. REPORT.AZ/Abşeron rayonunda vətəndaşa məxsus “DAEWOO” markalı minik avtomobilinin qabaq lövhəsi və mühərrikində elektrik avadanlıqları yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.