Баку. 5 мая. REPORT.AZ/ Abşeron rayonunda beş otaqlı ev əşyaları ilə birlikdə yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Fatmayı kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.