Abşeron Gənclər Şəhərciyində mənzil yanır

Abşeron rayonunda yanğın olub.

"Report"un xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərinin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19