ABŞ-da yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var

ABŞ-ın Darem şəhərində (Şimali Karolina ştatı) yaşayış binasında partlayış baş verib.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, partlayışdan bina qismən dağılıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin ehtimala görə, partlayışın qazma zamanı işçinin qaz borusunu zədələməsi səbəbindən yaranmış qaz sızmasından baş verdiyi bildirilir.

Digər xəbərlər