ABŞ-da 5 nəfərlik azərbaycanlı ailənin 4 üzvü koronavirusdan ölüb

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində azərbaycanlı Əliyevlər ailəsinin 4 üzvü koronavirusdan (COVID-19) vəfat edib.

"Report"un əldə etdiyi məlumata görə, ailə başçısı, 1964-cü il təvəllüdlü Əliyev Kamil Əliağa oğlu, həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Svetlana Yuriyevna, ailənin övladları 1999-cu il təvəllüdlü Əliyev Roma Kamil oğlu və 2001-ci il təvəllüdlü Əliyev David Kamil oğlu bir müddət əvvəl koronavirus diaqnozu ilə ağır vəziyyətdə klinikaya yerləşdiriliblər.

İntensiv müalicə keçmələrinə baxmayaraq onlar ötən həftə ərzində müxtəlif günlərdə vəfat ediblər. Ailənin iki üzvü - ana və böyük övlad eyni gündə dünyasını dəyişib. Övladlardan böyüyü - Roma Əliyev anadangəlmə astma xəstəliyindən əziyyət çəkib.

Ailədən yalnız bir üzv, 2004-cü il təvəllüdlü Əliyeva Amina Kamil qızı qalıb.

Vəfat edənlər xüsusi qayda ilə dəfn olunublar.

Qeyd edək ki, bu, Kamil Əliyevin ikinci evlilikdən ailəsi olub.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21