Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, G.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.
Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsüdür.
Rəşad Vaqifoğlu