Beş yüz manat və yüz ABŞ dolları oğurlayan cibgir saxlanıldı

Bakıda pulqabı oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Z.Tağıyevin içərisində 500 manat, 100 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qəmbərov saxlanılıb. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39