Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, avqustun 23-də saat 22 radələrində Nəsimi rayonunun Ə.Salamzadə küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Elçin Abdullayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub. E.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.