"3-cü mikrorayon bazarı"nın arxasındakı hamamda baş verən yanğın söndürülüb - ƏLAVƏ OLUNUB - YENİLƏNİB-2 - FOTO

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.


***18:23

Video əlavə olunub


***18:15

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş verən yanğın saat 18:00-da məhdudlaşdırılıb. 

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 


***17:51

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidəki köhnə hamamda yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14