2019-cu ilin 11 ayında Azərbaycanın miqrasiya saldosu müsbət olub

2019-cu ilin yanvar-noyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1 861 nəfər gələn, Azərbaycandan isə 1 511 nəfər gedən qeydə alınıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bununla da miqrasiya saldosu müsbət 350 nəfər təşkil edib.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23