"Zirə" legioneri ilə müqaviləni uzatdı

“Zirə” klubu futbolçusu Dimitrios Çantakiasla yeni müqavilə imzalayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, yunanıstanlı müdafiəçi ilə sözləşmə müddəti daha 2 il uzadılıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu "Zirə"də 2020-ci ilin yayından forma geyinir.

Digər xəbərlər