"Zirə" koronavirus testlərinin nəticəsini açıqladı

"Zirə"də koronavirus testlərinin nəticəsi bəlli olub.

Klubun Mətbuat katibi Elmar Abdullazadənin "Report"a verdiyi məlumata görə, heç kimdə infeksiya aşkarlanmayıb.

Dünən komanda üzvlərindən götürülmüş analizlərin cavabı hamıda mənfi çıxıb.

Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində evdə "Sumqayıt"la qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.

Digər xəbərlər