"Zirə" daha bir futbolçusu ilə müqaviləni pozdu

"Zirə" futbolçusu Rəşad Eyyubovla yollarını ayırıb.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qəsəbə təmsilçisi Eyyubovu cari mövsümün əvvəlində heyətinə qatmışdı.

Qeyd edək ki, "Zirə" daha əvvəl braziliyalı hücumçu Kaio Rangel da Silva və məşqçi Borçe Xristovla vidalaşıb.

Digər xəbərlər

Ramos Parisə qayıda bilər 04 yanvar, 2026 / 09:14