"Zirə" braziliyalı oyunçu ilə müqavilə bağladı

"Zirə" heyətini yeni oyunçu ilə gücləndirib.

"Report" klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "qartallar" Mateus Albino ilə anlaşıb.

25 yaşlı braziliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Albino daha əvvəl ölkəsinin "Joinvil" və "Londrina" klublarının da şərəfini qoruyub.

Digər xəbərlər