"Zirə" 9 futbolçu ilə yollarını ayırıb

"Zirə" komandası 9 futbolçu ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə klub arasında imzalanmış müqavilə başa çatıb.

Paytaxt klubu futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

Digər xəbərlər