"Zenit" Artyom Dzyuba ilə yeni müqavilə imzaladı

Rusiyanın "Zenit" komandası futbolçusu Artyom Dzyubanın müqaviləsinin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ilə 2+1 illik yeni sözləşmə imzalanıb.

2015-ci ildən Sankt-Peterburq təmsilçisində çıxış edən təcrübəli forvard ötən mövsüm 17 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Dzyuba Rusiya millisinin də əsas hücumçusudur.

Digər xəbərlər