"Yuventus" sabiq futbolçusunu qaytarır

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirir. 

"Report" "Sportitalia" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi "Udineze"də çıxış edən Rolando Mandraqoranı heyətinə qatacaq. 

İtaliya çempionu sentyabrın 1-də futbolçu ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, 2016 - 2018-ci illərdə "Yuventus"da çıxış edən Rolando Mandraqora cari mövsüm "Udineze"nin heyətində 28 oyun keçirib, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31