36 yaşlı müdafiəçi Corco Kellini İtaliyanın “Yuventus” futbol komandası ilə yeni müqavilə imzalayıb.
Bu barədə “Report” klubun rəsmi saytına istinadən xəbər verir.
Yeni müqavilə 2023-cü ilə qədər qüvvədə olacaq.
“Bu mənim həyatımda vacib bir addımdır. Uşaq ikən “Yuventus”a gəlmişəm və indi hər andan zövq alıram. Klubun digər titulları qazanmasına kömək etmək istəyirəm”, - deyə futbolçu qeyd edib.