Yuri Syomin: "Nazarov "Lokomotiv"də? Birinci dəfədir bu barədə eşidirəm"

Bakı. 14 may. REPORT.AZ/ Rusiya "Lokomotiv"inin baş məşqçisi Yuri Syomin Almaniyanın "Erzgebirge" komandasının və Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun kluba mümkün keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycan futbolçusunun kluba trasferinin rusiyalı mütəxəssis tərəfindən təsdiq edildiyi iddia olunurdu.

"Birinci dəfədir bu barədə eşidirəm. Məlumat həqiqətə uyğun deyil", – deyə Syomin bildirib.

Nazarov cari mövsümdə Almaniyanın II Bundesliqasında keçirdiyi 26 oyuna 9 qol vurub.

Digər xəbərlər