Xorvatiya - Qana görüşündə ən yaxşı futbolçu Petar Suçiç olub

Futbol üzrə dünya çempionatında Xorvatiya və Qana yığmaları arasında keçirilən L qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, avropalıların heyətində Petar Suçiç oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan matçda bir qol vurub.

Digər xəbərlər