Xesus Navas İspaniya millisinin böyük turnirlərdə meydana çıxan ən yaşlı futbolçusu olub

İspaniya millisinin müdafiəçisi Xesus Navas yığmasının heyətində dünya və Avropa çempionatları tarixində meydana çıxan ən yaşlı futbolçu olub.

"Report" xəbər verir ki, futbolçu (38 yaş, 216 gün) AVRO-2024-ün qrup mərhələsinin III turunun Albaniya ilə görüşündə buna nail olub.

O, bu göstəricidə 2006-cı il dünya çempionatında Səudiyyə Ərəbistanı ilə keçirilən matçda "buğalar"ın heyətində meydana çıxan Santyaqo Kanisaresi (36 yaş, 248 gün) geridə qoyub.

Digər xəbərlər