Vinisius İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısında üçüncü olub

“Real" klubunun hücumçusu Vinisius Junior İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısında üçüncü olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu ötən gün "Santyaqo Bernabeu" stadionunda yarımfinal mərhələsinin "Real Sosyedad"la cavab matçında (4:4) reallaşdırıb.

24 yaşlı ön xətt oyunçusu sözügedən görüşdə iki məhsuldar ötürməyə imza atıb. Bununla da məhsuldar ötürmələrinin sayını 12-yə çatdıran futbolçu "Atletiko"nun üzvü Anxel Korreanı (10) geridə qoyub.

İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verənlərin siyahısında ilk iki pillədə müvafiq olaraq "Barselona"nın keçmiş futbolçuları - Lionel Messi (27) və Xordi Alba (15) yer alıblar.

Xəbər lenti