​Viktor Valdesin Türkiyəyə gələcəyi tarix açıqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyənin "Antalyaspor" klubunun prezidenti Gültekin Gencer bu gün keçirdiyi mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirib. "Report"un məlumatına görə, Eto O-nun komandaya cəlb olunmasından danışan klub rəsmisi qapıçı Viktor Valdes haqda da fikilərini bildirib.

O, deyib ki, Valdes "Antalyaspor"da çıxış etmək istəyir: "Biz Valdesə rəsmi təklifimizi göndərmişik. Qiymət məsələsini də təsdiqlədikdən sonra onun şənbə günü Türkiyəyə gəlməsi üçün heç bir problem olmayacaq. Sadəcə qiymət məsələsində bizim təsdiqimiz lazımdır".

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52