İsveç millisinin hücumçusu Viktor Dyekereş UEFA Millətlər Liqası tarixində ardıcıl yeddi matçda fərqlənən ilk futbolçu olub.
"Report" xəbər verir ki, 28 yaşlı forvard oktyabrın 5-də Rumıniya ilə IV turun qarşılaşmasında (1:0) yeganə qolu vurub.
Hücumçu daha əvvəl turnirin cari mövsümünün üç və 2025/2026 mövsümünün üç oyununda da toru silkələyib.
Qeyd edək ki, İsveç seçməsi dörd turdan sonra B Liqasının IV qrupunda 10 xalla liderdir.