Bakı. 4 yanvar. REPORT.AZ/ İspaniya Premyer Liqasının 17-ci turunun bu gün keçirilən mərkəzi görüşündə sensasiya qeydə alınıb.
"Report" xəbər verir ki, bu turda "Valensiya" Madridin "Real" klubu üzərində 2:1 hesablı qələbə qazanmaqla, Kral klubunun 21 oyunluq məğlubiyyətsizlik seriyasını qırıb.
Matçda Kriştianu Ronaldu (11'), Antonio Barragan (52') və Nikolas Otamendi (65') fərqləniblər.