"Valensiya"nın yeni baş məşqçisi müəyyənləşdi

İspaniyanın "Valensiya" komandasına yeni baş məşqçi təyin olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "yarasalar"ın sükanı arxasına Xose Bordalas gətirilib. 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İspaniyalı baş məşqçinin son klubu yerli "Xetafe" olub.

Qeyd edək ki, "Valensiya" ötən mövsüm La Liqanı 13-cü pillədə başa vurub.

Digər xəbərlər