Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Futbol üzrə Ukrayna milli komandasında baş məşqçi dəyişikliyi olacaq.

"Report"un məlumatına görə, bu barədə yerli jurnalist İqor Burbas özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, hazırda yığmaya rəhbərlik edən Aleksandr Petrakovla başa çatan müqavilə yenilənməyəcək. 65 yaşlı mütəxəssis bu vəzifədə Sergey Rebrov əvəzləyəcək.

48 yaşlı mütəxəssis 2023-cü ilin martınadək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" komandasından ayrıla bilsə, dərhal yığma sükanı arxasına keçəcək. O, artıq Ukrayna Futbol Assosiasiyası ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edir.

Digər xəbərlər

Qarabağ 700 manat cərimələnib 15 aprel, 2026 / 12:18