UEFA qaçqınlar üçün turnir təşkil edəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ UEFA İsveçrə hakimiyyət orqanları ilə birgə qaçqınlar üçün futbol turniri təşkil edəcək. "Report"un məlumatına görə, Nyonda keçiriləcək turnirə təxminən 120 qaçqın qatıla biləcək.

Onlar 16 komanda tərkibində mübarizə aparacaqlar. Turnirdə əsasən, Efiopiya və Eritrea olmaqla, suriyalı, iraqlı və əfqanıstanlı qaçqınlar da iştirak edəcək.

Qeyd edək ki, qaçqınların mübarizə aparacağı turnir sentyabrın 14-də keçiriləcək.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52