UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.
A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə çatıb. Çexiya isə A Liqasını tərk edib.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.
İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.
4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.
Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin etmiş Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib. Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
27 sentyabr
A Liqası
2-ci qrup
22:45. Portuqaliya - İspaniya - 0:1
Qol: Alvaro Morata, 88