UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52