UEFA Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri dəqiqləşib

"Zirə"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, "qartallar" II raundda Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdırsa, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

Digər xəbərlər