"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün ilk oyununu keçirəcək.
“Report”un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Bakıda “Hayduk”la üz-üzə gələcək.
Yunanstanlı FIFA referisi Kristos Vergetisin idarə edəcəyi görüş 8-ci km stadionunda, saat 19:30-da start götürəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. “Zirə” (Azərbaycan) - “Hayduk” (Xorvatiya)
Baş hakim: Kristos Vergetis (Yunanıstan).
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.