UEFA İcraiyyə Komitəsi videokonfrans keçirəcək

UEFA İcraiyyə Komitəsi aprelin 23-də videokonfrans vasitəsi ilə bir araya gələcək. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu iclas aprelin 21-də UEFA-ya üzv olan 55 milli assosiasiya ilə görüşdən sonra olacaq. 

İclaslarda həm daxili, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.

UEFA İcraiyyə Komitəsinin iclasından sonra əlavə məlumatın veriləcəyini vurğulayıb. 

Digər xəbərlər